Accessibility links

Soyuz kapsulu Qazaxıstanda uğurla yerə enib


Soyuz kapsulu Qazaxıstanda uğurla yerə enib
Soyuz kapsulu Qazaxıstanda uğurla yerə enib

Texniki səbəblərə görə bir gün sürən yubanmadan sonra kapsul bu gün Beynəlxalq Fəza Stansiyasından uğurla ayrıla bilib

İki rus kosmonavtı və bir Amerika astronavtını daşıyan Soyuz kapsulu Qazaxıstanda uğurla yerə enib. Texniki səbəblərə görə bir gün sürən yubanmadan sonra kapsul bu gün Beynəlxalq Fəza Stansiyasından uğurla ayrıla bilib. Rusiya kosmonavtları Aleksandır Skvortsov və Mixayil Korniyenko amerikalı Treysi Kaldvel Daysonla bərabər fəzada altı ay qaldıqdan sonra dünən qayıtmalı idilər. Lakin kapsulu Beynəlxalq Fəza stansiyası ilə birləşdirən qapı açılmadı. NASA-nın sözcüsü bildirib ki, komanda üzvləri problemi aradan qaldıra biliblər və qapı açılıb. Rəsmilər bildirib ki, komanda üzvləri üçün heç bir təhlükə olmayıb.

XS
SM
MD
LG