Accessibility links

Soyuz kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Cek Fişer və Fyodor Yurçikin cümə axşamı Rusiyanın Baykonur kosmodromundan dörd aylıq missiya üçün fəzaya uçublar. Komandanın sürətli altı saatlıq uçuşdan sonra Beynəlxalq Kosmik Stansiyaya çatacağı gözlənilir.

Fişer və Yurçikin orada amerikalı Peqqi Uitson, rusiyalı kosmonavt Oleq Novistki və fransız Tomas Pesketə qoşulacaqlar.

Hazırda Beynəlxalq Kosmik Stansiyanın komandiri olan Uitson bazar ertəsi orbitdə ən çox zaman keçirən amerikalı olaraq rekord qıracaq. İndiki rekord 534 gündür.

O, sentyabr ayında Fişer və Yurçikinlə birlikdə Yer kürəsinə geri dönəcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG