Accessibility links

Beynəlxalq Fəza Stansiyasına yola düşən, üç ekipaj üzvü daşıyan Rusiyanın Soyuz fəza gəmisi Qazaxıstanın Baykonur kosmodromundan fəzaya qalxıb.

NASA-nın uçuş mühəndisi Tom Marşburn, Kanada Fəza Agentliyinin uçuş mühəndisi Kris Hedfild və Soyuz fəza gəmisinin komandiri Roman Romanenko bu gün uçuşa uğurlu start veriblər.

Beynəlxalq Fəza Stansiyasında növbəti beş ay qalacaq üç ekipaj üzvü fəza stansiyasında laboratoriyada bir sıra sınaqlar keçirəcək.

Cümə günü Soyuz fəza gəmisi Rassvet moduluna çatdıqda gəminin göyərtəsində olan üç kosmonavtı hal-hazırda stansiyanın komandiri Kevin Ford və uçuş mühəndisləri Oleq Novitski və Yevgeni Tarelkin qarşılayacaqlar.
XS
SM
MD
LG