Accessibility links

İki rus və bir amerikalını daşıyan Soyuz raketi çərşənbə günü Beynəlxalq Fəza Stansiyasına göndərilib.

Soyuz MS-02 kosmik gəmisinin ekipaj üzvləri – NASA astronavtı Şeyn Kimbro və Rusiya fəza agentliyinin kosmonavtları Sergey Rıjikov və Andrey Borisenko- fəzaya Qazaxıstanda yerləşən Baykonur Kosmodromundan fəzaya yollanıblar.

Trio Beynəlxalq Fəza Stansiyasına çatmadan öncə qarşıdakı iki gün ərzində Yer kürəsi ətrafında 34 dəfə dövr edəcək.

Kosmik gəmi Beynəlxalq Fəza Stansiyasına əslində sentyabrın 23-ü göndərilməli idi, amma Soyuz gəmisində yaranan texniki problem səbəbilə təxirə salınmışdı. Dana sonra problem həll olunub.

Kimbro, Rıjikov və Borisenko Beynəlxalq Fəza Stasniyasında dörd ay qalacaqlar və daha sonra fevral ayının sonunda Yer kürəsinə geri dönəcəklər.

Bazar ertəsi isə ABŞ-ın qurğular və ekipaj üçün təchizatlarla dolu yük daşıyan kosmik cihazı müvəffəqiyyətlə Virciniya ştatından fəza stansiyasına göndərilib.

XS
SM
MD
LG