Accessibility links

Azərbaycan mətbuat azadlığına görə sondan 12-ci yerdədir


Freedom House illik hesabatını açıqlayıb

Freedom House-un açıqladığı illik hesabatda Azərbaycan axırdan 12-ci yerdə qərar tutub. 199 ölkə sırasında 183-cü pillədə yer alan Azərbaycan azad olmayan ölkə kateqoriyasında İraq, Əfqanıstan, Konqo və Səudiyyə Ərəbistanı kimi dövlətlərdən geridə qalır. Azərbaycanı regional qonşuları Ermənistan, Rusiya, Türkiyə və Gürcüstan da azadlıq indeksində üstələyir.

Dünyada azadlıqların durumunu tədqiqi edən mötəbər qurum bildirir ki, mətbuat azadlığı son on ilin ən aşağı səviyyəsinə düşüb. Səviyyənin düşməsi qismən bir neçə Yaxın Şərq ölkəsində, o cümlədən Misir, Liviya və İordaniyada ciddi reqreslə bağlıdır. Belə ki, Türkiyə, Ukrayna, habelə bir sıra Şərqi Afrika ölkələrində, həmçinin ABŞ-da vəziyyətin pisləşməsi qeydə alınıb.

2013-cü ilin reytinqinə daxil olmuş 197 ölkə və ərazidən ümumilikdə 63-ü (32%) azad, 68-i (35%) qismən azad və 66-sı (33%) qeyri-azad statusu alıb.

Bu nisbət 2012-ci illə müqayisədə qeyri-azad kateqoriya istiqamətində irəliləyiş olduğunu göstərir. 2012-ci ildə dünyada 63 azad, 70 qismən azad və 64 qeyri-azad ölkə və ərazi var idi.

Təhlil göstərib ki, dünya əhalisinin 14 faizi mətbuatı azad olan, 42 faizi qismən azad, 44 faizi isə qeyri-azad olan ölkədə yaşayıb.

Dünyada ən aşağı reytinqə malik 8 ölkə arasında Belarus, Kuba, Ekvatorial Qvineya, Eritreya, İran, Şimali Koreya, Türkmənistan və Özbəkistan da var.

Dünya reytinqində ilk yerləri Skandinaviya ölkələri – Niderland, Norveç və İsveç tutur.

Türkiyədə vəziyyət xeyli pisləşib, ölkə qeyri-azad KİV-lər kateqoriyasına düşüb. Həmçinin, Yunanıstan, Monteneqro və Birləşmiş Krallıqda da vəziyyət pisləşib.

Azərbaycanda onsuz da repressiv olan KİV sahəsi jurnalistlərin və blogerlərin internet və telefon yazışmalarına hökumətin gücləndirilmiş nəzarəti, dövlət təhlükəsizlik xidmətlərindən sənədlərin sızması ilə bağlı təsvirlər yerləşdirən saytın bağlanması və mövcud məlumatlara görə, “Azad Avropa /Azadlıq” radiosu”nun peyk yayımına dövlətin müdaxiləsi ilə əlaqədar daha da geriləyib.

Nəticədə ölkənin reytinqi 82 baldan 84 bala qədər pisləşib və o, 193 ölkə arasında 183-cü yeri tutub.

Ölkələrin reytinqinin azalmasının şərtləri hökumətlərinin jurnalistlərə fiziki təzyiq, mətbuat üçün məhdudiyyətlər tətbiq edilməsi və ya internet və sosial mediada məhdudiyyətlərin artırılması, habelə media-kontent formalaşdırılmas və məşhur jurnalistlərin qovulması ilə xəbərlərə nəzarət etmək cəhdləridir.

Ölkədə vəziyyətin yaxşılaşması əsasən üç amillə şərtlənib tele-radio şirkətlərinin işi üzrə özəl firmaların imkanlarının artması, internet-KİV, sosial media vasitəsilə müxtəlif fikirlərə daha geniş çıxış, habelə mətbuat üçün hüquqi müdafiə səviyyəsinin artırılması.
XS
SM
MD
LG