Accessibility links

Çin Aya növbəti kosmik səfərini 2017-ci ilə planlaşdırır. Ölkənin Elm, Texnologiya və Sənaye administrasiyasından verilən məlumata görə, növbəti proqramda aydan nümunələr gətirilməsi nəzərdə tutulur.

Xəbər Ay Araşdırma Proqramı tərəfindən bazar ertəsi günü elan edilib. Çinin kosmik cihazı keçən şənbə günü Ayın səthinə uğurlu eniş həyata keçirib.

Aya göndərilən cihaz “Yutu” üç ay ərzində araşdırma aparacaq. Cihaz bazar günü aydan ilk şəkilləri Yer kürəsinə göndərib.

Çin Birləşmiş Ştatlar və Sovet İttifaqından sonra Aya səyahət edən ölkələr sırasına daxil olub.
XS
SM
MD
LG