Accessibility links

Soyuz Beynəlxalq Fəza Stansiyasına çatıb


Beynəlxalq Fəza Stansiyasında üç üzvlü yeni ekipaj orbitdə beş aylıq missiyasına başlayıb.

Soyuz fəza gəmisi Rusiyaya Qazaxıstandakı kosmodromdan havaya qalxıb.

Rusiyalı Oleq Kotov və Sergey Ryazanski və amerikalı Maykl Hopkinsi daşıyan Soyuz fəza gəmisi altı saatdan sonra Beynəlxalq Fəza Stansiyasına çatıb.

Təxminən iki saat sonra onlar stansiyaya daxil olub və oradakı üç ekipaj üzvü tərəfindən seviclə qarşılanıb.

Bu, Soyuzun Beynəlxalq Fəza Stansiyasına ən qısa uçuşudur. Soyuz əvvəllər bu məsafəni iki günə qət edirdi.

Səfər zamanı Kotov, Ryazanski və Hopkins üç fəza gəzintisi həyata keçirəcək.
XS
SM
MD
LG