Accessibility links

SpaceX gəmisi Beynəlxalq Fəza Stansiyasına təchizat aparmaq üçün fəzaya göndərilib


SpaceX kosmik gəmisi Beynəlxalq Fəza Stansiyasına təchizat aparmaq üçün ABŞ-ın Florida ştatında Keyp Kanveral kosmik uçuş mərkəzindən fəzaya göndərilib.

Kosmik gəminin Beynəlxalq Fəza Stansiyasına çərşənbə axşamı günü çatacağı gözlənilir.

Gəminin kosmik fəzaya göndərilməsi üçün bazar günü hava şəraiti olduqca münasib olub.

SpaceX gəmisinin daşıdığı 2 min 200 ton təchizat arasında fəzada ilk dəfə istifadə ediləcək 3D printer də var.

Bu, SpaceX gəmisinin kosmik fəzaya beşinci misiyasıdır.

XS
SM
MD
LG