Accessibility links

Turist fəza gəmisi sınaq uçuşunu edib


Britaniyalı milyarder Riçard Bransonun Virgin Galacsic adlı komersial fəza şirkəti dünən Fəza Gəmisi-2 fəzaya ilk uçuşunu etdikdən sonra turistləri fəzaya aparmağa bir addım yaxınlaşıb.

Fəza Gəmisi 2-ni daşıyan xüsusi təyyarə 14630 metr hündürlüyə qalxaraq gəmini fəzaya buraxıb.

Bundan sonra sınaq pilotu Fəza Gəmisi 2-nin raket mühərrikini işə salıb ki, bu da gəmini 16764 metr hündürlüyə aparıb. Bu sürət səs sürətindən güclüdür.

Fəza Gəmisi-2 daha sonra təhlükəsiz Los Ancelesdən şimalda yerləşən Mojave Hava və Fəza limanına enib.

Branson öz şirkətinin uğurlu gələcəyindən əmindir.

Fəza Gəmisi-2 2004-cü ildə fəzaya qalxan ilk fərdi raket olan Fəza Gəmisi-1-in komersial variantıdır.

O tarixi uçuşdan sonra 500-dən çox həvəskar turist Yer Kürəsini 100 kilometr hündürlükdən izləmək üçün adam başı 200 min dollarlıq səyahətə dair sənəd imzalayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG