Accessibility links

SpaceX şirkəti 2018-ci ildə iki turisti Ay ətrafında səyahətə aparacaq


SpaceX şirkəti pul müqabilində iki turisti 2018-ci ildə Ay ətrafında səyahət etmək üçün orbitə göndərəcəyini bildirib.

SpaceX-in təsisçisi Elon Musk bazar ertəsi müxbirlərə bildirib ki, şirkətin Dragon İki fəza gəmisi Ay ətrafında dövrə vurmaq üçün iki turisti fəzaya göndərəcək. Səfər zamanı onlar təxminən 500 min - 650 min kilometr məsafə qət edəcək. Musk turistlərin kimliyini və ya nə qədər pul verdikləri barədə məlumatı açıqlamayıb.

Fəza gəmisi avtomatlaşdığından ekipaj üzvləri Dragon gəmisini idarə etmək üçün təlim keçməyib. Lakin Musk turistlərin uçuşdan əvvəl yüksək səviyyədə təlimlər keçəcəyini bildirib.

Uğurlu olarsa, fəzaya bu uçuş 1972-ci ildə Apollo 17 fəza gəmisinin Aya enməsindən sonra Aya pilotun idarə etdiyi ilk missiya olacaq.

SpaceX təchizatın və eləcə də astronavtların Beynəlxalq Fəza Stansiyasına çatdırılması üçün NASA ilə müqavilə bağlayan iki özəl şirkətdən biridir. Musk bildirib ki, şirkət 2018-ci ilin ortalarından etibarən Beynəlxalq Fəza Stansiyasına pilotla idarə olunan missiyalara başlayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG