Accessibility links

Bazar ertəsi SpaceX şirkəti təhcizatla dolu Falkon-9 yük fəza gəmisini Beynəlxalq Fəza Stansiyasına göndərib.

Beynəlxalq Fəza Stansiyasına göndərilən karqo arasında stansiyaya göndərilməsi planlaşdırılan iki dok qurğusundan biri də yer alıb. Dok qurğuları sayəsində astronavtlar stansiya ilə orbit laboratoriyası arasında məsafəni qət edə biləcəklər ki, bu da ABŞ kommersiya fəza taksilərinin inkişafında mühim addımdır.

Metal dok qurğusu stansiyanın portuna birləşdirildikdən sonra fəza gəmiləri üçün dayanacaq rolunu oynayacaq. Pilot tərəfindən idarə olunan gəmilərin gələn ildən test uçuşuna başlayacağı planlaşdırılır.

Ötən il yeni dok qurğularından birini Beynəlxalq Fəza Stansiyasına daşıyan fəza gəmisi qalxdıqdan az sonra qırılaraq gəmidən ayrılmışdı. Bazar ertəsi uçuşa başladıqdan bir neçə dəqiqə sonra Falkon-9 fəza gəmisinin əsas hissəsi ayrılaraq kosmodromdan bir neçə km aralıda yerə enib.

XS
SM
MD
LG