Accessibility links

İspaniyada uçuşa nəzarət edən hava limanı işçiləri tətildən sonra işə qayıdır

  • Amerikanın səsi

İspaniyada uçuşa nəzarət edən hava limanı işçiləri tətildən sonra işə qayıdır

İspaniyada uçuşa nəzarət edən hava limanı işçiləri tətildən sonra işə qayıdır

İspaniyada hava limanlarında tətil edən dispetçerlər hökumət onları tətilə son qoyulmasa, cinayət işi açmaqla hədələdikdən sonra tədricən işə qayıdırlar. Rəsmilərin bildirdiyinə görə, ölkənin hava məkanı uçuşlar üçün artıq açılıb, lakin İspaniyanın əsas hava yolları şirkəti olan İberia bütün uçuşların bazar gününə qədər təxirə salındığını bildirib. İspaniyada bayram həftəsi başladığı vaxt dispetçerlərin tətil etməsi 250 000 sərnişinin hava limanlarında ilişib qalmasına gətirib çıxarıb.Tətilə səbəb iş şəraiti ilə bağlı mübahisələr və hökumətin dispetçerlərin iş həftəsinin 32 saata qədər azaldılması haqda qərarı olmuşdur.

XS
SM
MD
LG