Accessibility links

İspaniya kralı taxtı tərk edir [Fotoqalereya]


İspaniya kralı Huan Karlos taxtı tərk edərək, yerini oğlu şahzadə Filipə verəcək. Bu barədə açıqlamanı ölkənin baş naziri Mariano Rahoy bu gün dövlət televiziyası ilə verib.

76 yaşlı Huan Karlos hakimiyyətə hökuməti uzun illər idarə edən diktator Fransisko Frankonun ölümündən iki gün sonra, 1975-ci ildə gəldi və ölkəsini diktatorluqdan demokratiyaya keçidi yolunda içə başladı. Lakin özü və ailəsi ətrafında cərəyan edən skandallarla bağlı cənab Huan Karlosun populyarlığı xeyli aşağı düşdü.

Lakin kralın taxtını nə vaxt tərk edəcəyi və şahzadə Filipin nə vaxt taxta çıxacağı barədə hələlik məlumat vüerilməyib.
XS
SM
MD
LG