Accessibility links

Madriddə on minlərlə insan iqtisadi böhran və işsizliyə etiraz edərək nümayiş keçirib

  • Amerikanın səsi

Madriddə on minlərlə insan iqtisadi böhran və işsizliyə etiraz edərək nümayiş keçirib

Madriddə on minlərlə insan iqtisadi böhran və işsizliyə etiraz edərək nümayiş keçirib

İspaniya paytaxtı Madriddə on minlərlə insan işsizliyə və hökumətin iqtisadi böhrana cavabına etiraz olaraq nümayiş keçirib. Polis təxminən 40 minə yaxın insanın paytaxtda altı istiqamətdən parlament binasının yaxınlığındakı Neptun meydanına toplaşdığını bildirib. Nümayişçilər İspaniyada iki ildir sürən iqtisadi tənəzzülə görə qəzəblərini ifadə ediblər. Zorakılığa yol verməmək üçün Madriddə polis sayı artırılıb. İğtişaş barədə məlumat verilmir. Madridlə yanaşı, Barselona və Valensiyaya da nümayişlərin keçirilməsi planlaşdırılıb. 17 ölkənin daxil olduğu avro zonasında İspaniya işsizliyin ən yüksək səviyyədə olduğu ölkədir. İspaniyada bu ilin birinci rübü üçün işsizlik səviyyəsi 21 faiz təşkil edir.

XS
SM
MD
LG