Accessibility links

İspaniya və Mərakeşdə hava limanları bağlandı


İspaniya və Mərakeşdə hava limanları bağlandı

İspaniya və Mərakeşdə hava limanları bağlandı

İspaniya və Mərakeş rəsmiləri bildirib ki, İslandiya vulkanından qaynaqlanan kül buludları yenidən hava nəqliyyatını pozaraq bu ölkələrdə hava limanlarının bağlanması ilə nəticələnib.

İspaniya və Mərakeş rəsmiləri bildirib ki, İslandiya vulkanından qaynaqlanan kül buludları yenidən hava nəqliyyatını pozaraq bu ölkələrdə hava limanlarının bağlanması ilə nəticələnib. İspaniya havaya nəqliyyat nəzarəti agentliyi çərşənbə axşamı bildirib ki, Kanari adalarındakı 4 hava limanı və İspaniyanın cənubunda 3 hava limanı bağlanıb. Mərakeş Kasablanka hava limanı daxil olmaqla bir neçə hava limanını bağlayıb. Vulkan kül püskürmələri çərşənbə günü yenidən canlanıb. Rəsmilər püskürmələrin nə vaxta qədər davam edəcəyini bilmədiklərini söyləyib. Vulkanik fəaliyyətlər bir aydan çoxdur ki, Avropa hava nəqliyyatına maneələr yaradır. Kül buludları təyyarə mühərriklərinə ciddi xələl vura və bir sıra digər problemlərə səbəb ola bilər. Avropa Birliyi bildirib ki, hələ aprel ayında vulkandan gələn kül Avropa səmalarını tutduğundan hava yolları 3 milyard dollardan çox pul itirib.

XS
SM
MD
LG