Accessibility links

İspaniyada parlament seçkiləri keçirilir

  • Amerikanın səsi

İspaniyada parlament seçkiləri keçirilir

İspaniyada parlament seçkiləri keçirilir

İspanlar bu gün parlament seçkilərində səs verirlər. İqtisadi böhranla üzləşən ölkədə səkkiz il hakimiyyətdə qalmış sosialistlərin mühafizəkarlara məğlub olacağı gözlənilir.

Artıq ekzit pollar müxalifətin böyük səs fərqi ilə hakim partiya üzərində qələbə çaldığına işarə edir. İlkin təxminlər sosialistlərin yalnız 30 faiz səs topladığını göstərir.

Seçkilərdən öncə müxbirlərlə danışan mərkəz-sağçı Xalq Partiyasının sədri Mariano Rahoy deyib ki, bu, onun partiyasının ən iri qələbəsi ola bilər, və mühafizəkarlar 350 yerlik parlamentdə əksər çoxluğu ələ ala bilərlər.

Rahoyun sosialist rəqibi Alfredo Perez Rubalkabadır. Rəy soğularında xeyli aşağı reytinqlər toplayan baş nazir Hose Luis Zapatero üçüncü dəfə hökumətə başçılıq etməkdən imtina edib.

İspaniyada işsizlik 21.5 faizə yüksəlib ki, bu, da son 15 ilin ən yüksək göstəricisidr. Bir çoxları İspaniyanın ikinci dəfə iqtisadi geriləməyə yuvarlanacağını proqnozlaşdırırlar.

XS
SM
MD
LG