Accessibility links

Yeni "Hörümçək Adam" [Video]


Yeni "Hörümçək Adam"
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Pərəstişkarlar istər komikslərdə, istərsə də böyük ekranlarda Piter Parkeri “Hörümçək Adam”ı (Spyder-man) kimi tanıyır. Hazırda isə dünya boyu komikslərdə bu dəyişib. Marvel-Komiks bu yaxınlarda yeni komikslərdə Mayls Morales adlı şəxsin Piter Parkeri əvəz edəcəyini bildirib. Yarı latin-amerikalı, yarı afrikalı-amerikalı olan bu şəxsin artıq komikslərdə xeyli pərəstişkarı meydana çıxıb.

Super-qəhrəman “Hörümçək Adam” özünəməxsus yolla insanlarla təmasa keçir. “O qəhrəmanlıqlar edərkən siz onun üzünü görə bilmirsiniz. Burada əsas məsələ hamının özünü Piter Parker kimi təsəvvür edə bilməsidir” deyə, komiks həvəskarı Rayan Qrovs bildirir.

… və ya yeni “Hörümçək Adam”, bruklinli və iki irqə məxsus yeniyetmə Mayls Morales kimi.

“Burada məsələ zamandan asılıdır. Əgər sən bunu yeni nəsil və ya müxtəlif mədəniyyətlər üçün edirsənsə, mən belə bir adamın arxasınca getməyə hazıram.”

“Marvel Comics” ilk dəfə Mayls Moralesi “Hörümçək Adam”ın alternativ sürəti kimi 2011-ci ildə təqdim edib. Piter Parker kimi o da hörümçək tərəfindən dişlənir və bundan sonra onda da hörümçək gücü əmələ gəlir. Pərəstişkarlar Marvelin simasında yeni “Hörümçək Adam”la üz-üzə gəlir və onu Parkerin davamçısı kimi görür.

Son illər Amerika komiks kitablarında qəhrəman obrazlarını artırıb. Marvel deyir ki, xarakterlər oxucuların sayını artırır. Qəhrəmən Tor indi qadındır. Yeni “Hörümçək Adam” isə Yarı latin-amerikalısı, yarı akrikalı-amerikalıdır. “Marvelin gəlişi köhnə adətlərə son qoydu, yəni super-qəhrəman yalnız ağ adam olmur” deyə, "Hörümçək Adam"ın pərəstişkarı bildirir.

Lakin bu dəyişiklik hələ ki böyük ekranda yoxdur. Gələcək “Hörümçək Adam” filmində maska arxasında yenə də Piter Parker olacaq. Lakin Mayls Moralesin də pərəstişkarları ümidvardır.

Yeni “Hörümçək Adam”ın ekranlara çıxması gözlənildiyi bir vaxt, Mayls Moralesin “Hörümçək Adam”ı bu ilin sonunda dərc ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG