Accessibility links

Respublikaçı Konqressmen Pol Rayan ABŞ Nümayəndələr Palatasının yeni spikeri seçilib.

Müxbirlərlə görüşü zamanı o, Vaşinqtonun ən qüdrətli Konqres vəzifəsinə yiyələnməyin nə demək olduğunu izah edib.

"Biz yeni səhifə açırıq. Nümayəndələr Palatası son illər olmadığı yeni bir sima qəbul edir. Biz irəliləyəcəyik. Birləşəcəyik. Partiyamızın itirdiyi baxışını bərpa edəcəyik"- deyə Pol Rayan bildirib.

Spikerin təyinatı ilə bağlı səsvertmə bu gün keçirilib.

Rayan vəzifəsini tərk edən Con Beynerə xidmətinə görə təşəkkürünü bildirib.

Beynerin keçən ay istefa verəcəyini elan etməsi Konqresi sarsıtmışdı.

XS
SM
MD
LG