Accessibility links

Vaşinqtonda casusluq muzeyi


Vaşinqtonda casusluq muzeyi
Vaşinqtonda casusluq muzeyi

ABŞ və Rusiya arasında bu yaxınlarda casusların dəyişdirilməsindən sonra belə görünür, Vaşinqtonda beynəlxalq casusluq muzeyinin ekspozisiyası genişlənəcək

ABŞ və Rusiya arasında bu yaxınlarda casusların dəyişdirilməsindən sonra belə görünür, Vaşinqtonda beynəlxalq casusluq muzeyinin ekspozisiyası genişlənəcəyi gözlənilir.

Beynəlxalq casusluq muzeyi Rusiya agentlərinin Vaşinqton yaxınlığında yaşadığı yerdən 10 kilometrlik bir məsafədədir. Muzeyin girişinin yaxınlığında sovet casuslarının foto-şəkilləri yerləşdirilib. Ayrıca bir otaqda isə Casus məktəbi yerləşir.

Bu, Ceyms Bond haqda filmdən avtomobildir. Adi bir gündə bu sərgidə pomadaya oxşar pistolet və çətir-silah kimi ən çox baxılan eksponat olardı. Lakin bu günlər casus qalmaqalından sonra diqqəti ən çox cəlb edən əşya bu kağızdır. Burada gizli mesaj yazılıb. Tarixçi Mark Stüart deyir ki, Rusiyaya göndərilən agentlər mesajları belə ötürürdü.

“Burada çek görürük. Amma onun altında gizli məxfi mesaj var, onu ultrabənövşəyi şüalar altında görmək olar. Bunun bir neçə yolu var, lakin bu, bir əsrdir işlədilən bir metoddur və ruslar bu son halda ondan istifadə ediblər.”

Bir qədər o biri tərəfdə çəkiliş qrupu nəzarət altında olduğunu görür və məlum olur ki, burada çəkiliş aparan təkcə video-operator deyil. Bir cüt gözlükdə kamera yerləşdirilib. O biri tərəfdə isə çamadan qoyulub. Ona toxunmaq istəyən hər bir şəxsi elektrik vuracaq.

Mərkəzi Kəşfiyyat agentliyi və Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən işlədilən cihazları nümayiş etdirir.

“Mənim ən çox xoşuma gələn əşya əşyadır. 1980-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsinin bu cihazdan istifadə edib. Belə məxfi cihazlar məişətdə görüdüyümüz və içində nəyi isə gizlədə bildiyimiz hər hansı bir əşya ola bilər. Buna görə də, fotolent kommunikasiya vasitəsi ola bilər.”

Araq şüşəsi, üzün dərisi üçün kremin qabından mikrofilmlərin ötürülməsi üçün istifadə edilib. Burada sovet pionerlərinin ABŞ səfirinə verdiyi daraq da yerləşdirilib. Yalnız altı ildən sonra səfirliyin işçiləri burada elektron dinləyici cihazın olduğunu aşkar ediblər.

Muzeyin eksponatları casuslar haqda filmləri xatırladır. Lakin onların bəzisindən casuslar bu gün də istifadə edir.

XS
SM
MD
LG