Accessibility links

İlk dəfə olaraq nəhəng kalmar videoya çəkilib


Yaponiya və ABŞ tədqiqatçıları ilk dəfə olaraq nəhəng kalmarı öz yuvasında videoya çəkmək və müşahidə etməyə müvəffəq olub. İndi onlar kalmarın həyatını okeanın dərinliklərində tədqiq etmək imkanı əldə ediblər.

Yaponiya və ABŞ xəbər yayım şirkətləri bazar günü yayımlanacaq video görüntülərdən əldə edilmiş şəkilləri ictimaiiyyətə açıqlayıb.

Şəkillər iyul ayında alimlərdən ibarət qrup tərəfindən Yaponiyanın Oqasavara adası sahillərində çəkilib.

Alimlər insanlar və kalmarların gözünə görünməyən işığı olan sualtı cihazdan istifadə ediblər. Uzunluğu təxminən doqquz metr olan nəhəng Kalmar yem kimi istifadə edilən bir metr uzunluğunda kalmarın köməyi ilə sualtı cihaza yaxınlaşdırılıb.

Alimlər bu prosesin köməyi ilə kalmarın şikara hücum etməsinin şahidi olmağa müvəffəq olublar.

Tədqiqat qrupunun baş zooloqu Sunemi Kubodera kalmarın hər 100 cəhddən birində müşahidə edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG