Accessibility links

İsrail parlamenti erməni soyqırımını tanıya bilər

  • Amerikanın səsi

İsrail parlamenti dünən ermənilərin Osmanlı türkləri tərəfindən 20-ci əsrin əvvəlində kütləvi qətliamını soyqırım kimi tanımasına dair müzakirələr keçirib. Soyqırımın tanınması İsraillə Türkiyə arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.

Ermənilər Osmanlı türklərinin 1915-ci və 1923-cü illər arasında 1.5 milyon erməni öldürdüyünü iddia edərək başqa ölkələri bu qırğını soyqırım kimi tanımağa çağırır. İsrail də daxil olmaqla bir çox ölkə keçmişdə Ankara ilə münasibətləri pozmamaq xatirinə bu məsələdən yayınıb.

İsrailin ətraf mühit üzrə naziri Gilad Erdan dünən Knessetdə keçirilən danışıqlar zamanı İsrail hökumətini ermənilərin kütləvi qırğınını soyqırım kimi tanımağa çağırıb. Lakin Knessetin sözcüsü, Reuven Rivlin debatın müasir Türkiyəni hədəf almadığını deyib. Dünən məsələyə dair səsvermə keçirilməyib.

XS
SM
MD
LG