Accessibility links

İsrail-Fələstin sülh müzakirələrinin bərpası səyləri davam edir

  • Amerikanın səsi

İsrail-Fələstin sülh müzakirələrinin bərpası səyləri davam edir

İsrail-Fələstin sülh müzakirələrinin bərpası səyləri davam edir

ABŞ-ın yüksək səlahiyyətli diplomatları İsrail-Fələstin sülh müzakirələrinin bərpası məqsədi ilə Qüdsə səfər edib. Dennis Ross və Deyvid Heyl ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Gorc Mitçellin keçən ay istefa verməsindən sonra ilk dəfə regiona səfər edir. ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, bu gün diplomatlar İsrail rəsmiləri ilə görüşüb, tərəflərin müzakirə masası arxasına qayıtmasını müzakirə edib. Sabah onların Ramallahda Fələstin rəsmiləri ilə görüşü planlaşdırılır. İsrail-Fələstin sülh müzakirələri keçən sentyabr ayında fələstinlilərin işğal edilmiş ərazilərdə yəhudi yaşayış məntəqələrinin inşasına etirazını bildirməsindən sonra dayanmışdı. İsrail Şərqi Qüdsdə 1600 yeni mənzilin inşa edilcəyini bəyan edib.

XS
SM
MD
LG