Accessibility links

İsrail Hezbullah casusunu məhkum etdi


İsrail Hezbullah casusunu məhkum etdi

İsrail Hezbullah casusunu məhkum etdi

İsrail məhkəməsi İsrail vətəndaşı olan ərəb fəalı 9 il azadlıqdan məhrum edib. Hökm Əmir Makhulun Livandakı Hezbullah militant qrupu üçün casusluq etdiyini etiraf etməsindən sonra oxunub.

Əmir Makhul Hayfa dairə məhkəməsi tərəfindən casusluq fəaliyyətində ittiham olunub.

Məhkəmə sənədlərinə əsasən Makhul öz kompüteri vasitəsilə Hezbullaha İsrail hərbi obyektləri barədə məlumat ötürüb.

Prokurorlarla əldə eilən razılaşmaya əsasən daha uzun müddətli həbs cəzasından yayınmaq üçün Makhul ittihamların həqiqətə uyğun olduğunu etiraf edib.

Makhul İsraildə ərəb vətəndaşlara qarşı ayrıseçkilik əleyhinə mübarizə aparan İtticah adlı təşkilatın direktorudur. İsrail əhalisinin 20 faizini 1.3 milyonluq ərəblər təşkil edir.

XS
SM
MD
LG