Accessibility links

İsrail hökumətinin İranın nüvə proqramına hücum etmək planı yoxdur

  • Amerikanın səsi

İsrail hökumətinin İranın nüvə proqramına hücum etmək planı yoxdur

İsrail hökumətinin İranın nüvə proqramına hücum etmək planı yoxdur

Israilin kəşfiyyat agentliyinin sabiq rəhbəri hökumətin İranın nüvə proqramına hücum etmək planı olmadığını deyib. İsrail mətbuatında yayılan xəbərə görə, Meir Daqan deyib ki, ABŞ və onun müttəfiqlərinin nüvə silahı istehsal etdiyindən şübhələndiyi İrana qarşı 2011 və ya 2012-ci illərdə hər hansısa hücuma dair plandan xəbərdar deyil.

Meir Daqan bildirib ki, Netanyahu İranla münasibətlərdə müharibə deyil, digər variantlara diqqət yetirmılidir. Keçən ay İraialin baş naziri Benyamin Netanyahu İsrailin özünü İrandan qorumaq haqqına malik olduğunu demişidi. Dagan Mossadın rəhbərliyinə ötən sentyabr ayında son verib.

XS
SM
MD
LG