Accessibility links

İsrail hərbi qüvvələrinə yeni rəhbər təyin olundu


İsrail hərbi qüvvələrinə yeni rəhbər təyin olundu
İsrail hərbi qüvvələrinə yeni rəhbər təyin olundu

İsrail kabineti ölkənin hırbi qüvvələrinə yeni rəhbərin təyinatını təsdiq edib. Son addım İsrailin Yaxın Şərqdə siyasi qeyri-müəyyəlinliklə üzləşdiyi vaxta təsadüf edir. General-Mayor Benni Qantz sabahdan etibarən General-Leytenant Qabi Aşkenazini əvəzləyəcək. İsrail baş naziri Benyamin Netanyahu deyir ki, bu təyinat ölkənin müdafiə qüvvələrini regionda ciddi siyasi böhran zamanı stabilləşdirməyə xidmət edəcək. Lakin ölkənin müdafiə naziri Ehud Barak ABŞ telekanalına müsahibədə Qahirədə baş verən dəyişikliklərin İsraillə Misir arasında münasibətlərə təsir göstərməyəcəyini bildirib. Təyinatından bir neçə saat sonra Qantz Misir prezidenti Hüsni Mübarəkin istefasından sonra regiona göndərilmiş ABŞ Birgə Hərbi Qərargahlar rəisi Admiral Maykl Mallenlə görüşüb.

XS
SM
MD
LG