Accessibility links

İsrail Əl-Əqsa məscidinə girişi məhdudlaşdırıb


İsrail Əl-Əqsa məscidinə girişi məhdudlaşdırıb

İsrail Əl-Əqsa məscidinə girişi məhdudlaşdırıb

İsrail müqəddəs Ramazan ayının ilk cümə günü Əl-Əqsa məscidinə girişi bağlayaraq Qüdsdə təhlükəsizlik tədbirlərini gücləndirib. Minlərlə fələstinli cümə namazı üçün İslamın üçüncü ən müqəddəs məkanı olan bu məscidə gəldiyi bir vaxt şəhərdə İsrail polisi və sərhəd mühafizəçiləri yerləşdirilib. Müəyyən yaşdan aşağı kişi və qadınlara məscidə daxil olmağa icazə verilməyib. İsrail bu ölçülərin mümkün zorakılığın qarşısını almaq məqsədilə götürüldüyünü açıqlayıb. Ramazan Qəməri təqvimi ilə 9-cu aydır. Ayın başlanğıcı yeni ayın doğması ilə müəyyən edilir.

XS
SM
MD
LG