Accessibility links

İsrail lideri Türkiyədən üzr istəmədi

  • Amerikanın səsi

Fələstinpərəst fəallar reyd zamanı öldürülümüş türk vətəndaşların şəkillərini əllərdə tutublar

Fələstinpərəst fəallar reyd zamanı öldürülümüş türk vətəndaşların şəkillərini əllərdə tutublar

İsrail baş naziri yenidən kommandoların ötən il Qəzzaya istiqamət almış gəmiyə ölümcül reydinə görə Türkiyədən üzr istəməkdən boyun qaçırıb.

Lakin İsrail baş nazii Benyamin Netanyahu bildirib ki, o, ölkəsinin Türkiyə ilə münasibətlərinin korlanmasını arzulamayıb və bu münasibətlərin sahmana salınmasını görmək istəyərdi.

Türkiyə BMT-nin reyd barədə hesabat açıqlamasından sonra İsrail səfirini ölkədən çıxarıb və Tel-Əvivlə hərbi əlaqələri kəsib. BMT-nin açıqladığı hesabatda reyd qanuni hesab edilir, amma İsrailin ifrat gücdən istifadə etdiyi bildirilir.

İsrail hökuməti dünən qəbul etdiyi bəyanatda Türkiyənin atdığı addımlardan təəssüfünü izhar etmiş, eyni zamanda özünümüdafiə hüququnu əsas gətirərək Ankaranın üzr istəmək tələbini rədd etmişdir.

XS
SM
MD
LG