Accessibility links

İsrail müdafiə naziri Ehud Barak Fransa paytaxtı Parisə səfərini təxirə salıb


Nazir orada beynəlxalq hərbi sərgidə iştirak etməli idi

İsrail müdafiə naziri Ehud Barak Fransa paytaxtı Parisə səfərini təxirə salıb. Cənab Barak orada beynəlxalq hərbi sərgidə iştirak etməli və Fransanın müdafiə və xarici işlər nazirləri ilə görüş keçirməli idi. İsrailin Müdafiə Nazirliyi bildirib ki, Ehud Barak Qəzza zolağına humanitar yardım aparan gəmiyə hücumun araşdırılması üçün ekspert qrupu yaradılanadək İsraildə qalacaq. Bu ayın əvvəli İsrail əsgərlərinin Qəzzaya yardım daşıyan gəmidə Fələstin tərəfdarı 9 fəalı öldürməsi beynəlxalq ictimiayyət tərəfindən tənqidlə qarşılanmışdı. Fransa fəalları bildiriblər ki, onlar Baraka qarşı Fransada və eləcə də Hollandiyada Beynəlxalq Cinayət Məhkəməsində cinayət işi qaldırmaq istəyirlər.

XS
SM
MD
LG