Accessibility links

İsrail-Qəzza sərhədlərində döyüşlər gedir


İsrail-Qəzza sərhədlərində raket, pulemyot və havadan zərbələrlə döyüşlər aparılır. Bu gün fələstinli döyüşçülər İsrailin cənub bölgəsinə 90-dan artıq raket atıb. İsrailin hava hücumları nəticəsində 15 döyüşçü həlak olub. Onlar arasında Xalq Müqaviməti Hərəkatının lideri Zoheyr Əl-Qeysi də var.

Bu gün Qəzzada hücumlar nəticəsində öldürülənlərin dəfn mərasimində insanlar “qisa, qisas” şüarları səsləndirib.

Bir israillinin ciddi yaralandığı bildirilir. Həmasın sözçüsü hücumlara görə İsraili ittiham edib. İrsrailin xarici işlər nazrinin müavini Danni Ayalon isə Həmasın İsraili buna məcbur etdiyini deyib.

XS
SM
MD
LG