Accessibility links

İsrail Qəzza Zolağına blokadanı yüngülləşdirmək məsələsini müzakirə edir


İsrail Qəzza Zolağına blokadanı yüngülləşdirmək məsələsini müzakirə edir

İsrail Qəzza Zolağına blokadanı yüngülləşdirmək məsələsini müzakirə edir

İsrailin Nazirlər Kabineti bu gün yığıncaq keçirib

İsrailin Nazirlər Kabineti bu gün Qəzza Zolağına blokadanı yüngülləşdirmək məsələsini müzakirə etmək üçün yığıncaq keçirib. Kabinetın baş nazir Benyamin Netanyahu və Britaniyanın sabiq baş naziri Toni Bleyerin təklif etdikləri layihəni səsə qoyacağı gözlənilir. Toni Bleyer dünya qüdrətlərindən ibarət dördlüyün – Birləşmiş Ştatlar, Avropa Birliyi, BMT və Rusiyanın Yaxın Şərq üzrə xüsusi elçisidir.

İsrailin Haaretz qəzetinin yazdığına görə, hökumət Qəzzaya daşına biləcək materialların yeni siyahısını hazırlayacaq. Silah istehsal etmək üçün istifadə oluna biləcək materiallar həmin siyahıda yer almayacaq. Nazirlər kabineti eləcə də BMT-nin sponsorluq etdiyi inşaat layihəsinin həyata keçirliməsi planını təsdiq edib.

XS
SM
MD
LG