Accessibility links

İsrailin Qəzza Zolağında hava zərbələri nəticəsində 4 yaraqlı ölüb (Yenilənib)


Səhiyyə rəsmilərinin məlumatında deyilir ki, bu gün də İsrailin raket hücumlarına cavab olaraq Qəzza Zolağına etdiyi hava hücumları nəticəsində daha 4 yaraqlı ölüb. Rəsmilər azı 25 nəfərin də yaralandığını deyirlər.

Son dörd gündə baş verən qarşıdurmalar nəticəsində 12 yaşlı oğlan uşağı da daxil edilməklə, Qəzzada ölənlərin sayı 22-yə çatıb.

Son günlər İsrailin cənubuna edilən raket hücumlarının məsuliyyətini İslamçı Cihad militant qrupu öz üzərinə götürüb. Qəzzaya nəzarəti əlində saxlayan Həmas İsrailin Fələstin torpaqlarını işğal etdiyini deyərək, hücumlara bəraət qazandırıb.

Keçən həftənin cümə günündən bəri İsrailin cənub bölgəsinin 100-dən çox raket hücumuna məruz qaldığı və həmin bölgədə artıq ikinci gündür məktəblərin bağlandığı bildirilir.

XS
SM
MD
LG