Accessibility links

İsrailin müdafiə naziri bu gün bildirib ki, nüvə proqramı barədə danışıqlar zamanı belə, İsrail İrana qarşı hücumları istisna etmir. O, danışıqlar zamanı hansısa razılığa gəlinəcəyindən əmin olmadığını deyib.

Ordu Radiosunun keçən həftənin şənbə günüdən bəri Türkiyədə keçirilən danışıqlarda "İranın uran zənginləşdirməsini dayandırmasına nail oluna bilərmi?" sualına Ehud Barak nə indi, nə də gələn ay Bağdadda keçirilməsi nəzərdə tutulan danışıqlarda bunun baş verəcəyini düşünmədiyini deyib.

Cənab Barakın bu həftənin cümə axşamı Vaşinqtonda ABŞ müdafi naziri Leon Panetta ilə görüşəcəyi gözlənilir. Bu arada İsrail mediası danışıqlar davam etdiyi müddətdə İsrailin İrana hücum etməyəcəyi barədə ABŞ-a zəmanət verdiyini yazır.

XS
SM
MD
LG