Accessibility links

İsrail: İrana nüvə silahı istehsal etməsi üçün əlavə vaxt verilir


İsrail rəsmiləri Avropa İttifaqının başçılığı ilə aparılan nüvə müzakirələrinin İrana nüvə silahı istehsal etməsi üçün əlavə vaxt vermiş olduğunu deyir.

BMT və Avropa İttifaqı İranla növbəti müzakirələri gələn ay Bağdadda keçirməlidir. Israil isə bundan olduqca narahatdır.

İsrailin baş naziri Benyamin Netanyahu vaxtın İranın xeyrinə işlədiyini deyir.

“Mən şəxsən İrana sərbəst zaman bəxş edildiyini düşünürəm. İranın uran zənginlədirilməsi proqramını inkişaf etdirməsi üçün 5 həftə əlavə vaxtı var.”

ABŞ prezidenti Barak Obama isə İrana sərbəst hərəkət imkanı verilmədiyini və o ölkənin öhdəliklərə əməl etməsini nümayiş etdirməsinin vacibliyini bildirir.

“Biz İran və müzakirəçi tərəfdaşlarımıza açıq şəkildə bildirmişik ki, danışıqlar yalnız çıxılmaz vəziyyətdən çıxış deyil. İndiyədək özümüzə müzakirə imkanı vermişik və İranın xoş məramla müzakirələr masası arxasına dönəcəyini gözləmişik.”

İsrailin İrana qarşı hərbi əməliyyatlar imkanını nəzərdən ke,irdiyi bir vaxt Obama administrasiyası vaxta ehtiyac olduğunu bildirir. Yaxın Şərq üzrə tətlilçi Malou İnnosent :“İsrail hökuməti müzakirələrin yarasızlığına inanır. Israil dərhal hərəkətə keçilməsi və mümkün hücumları önə çəkir. Göründüyü kimi İsraillə ABŞ arasında bir gərginlik mövcuddur. ”

Amerika və Avropa İttifaqı eyni zamanda İrana qarşı sanksiyaları gücləndirir.

Prezident Obama beynəlxalq ictimaiyyətin İranın nüvə proqramının hərbi mahiyyət daşımadığından əmin olanadək təzyiqlərini davam etdirəcəyini deyir.

“İranın təcridində güclü beynəlxalq koalsiya qurmağımızın əsas səbəbi administrasiyamın İrana dinc mahiyyətli proqram əldə etməsinə imkan yaratmaq niyyətində olmasıdır. "

BMT-nin baş katibi Ban Ki Mun da hesab edir ki, Tehrana proqramının dinc mahiyyət daşıdığını beynəlxalq ictimaiyyətə nümayiş etdirmək imkanı verilməlidir.

XS
SM
MD
LG