Accessibility links

İsrail Şərqi Qüdsdə yeni inşaat layihəsini təsdiq etdi

  • Amerikanın səsi

İsrail Şərqi Qüdsdə yeni inşaat layihəsini təsdiq etdi

İsrail Şərqi Qüdsdə yeni inşaat layihəsini təsdiq etdi

İsrailin daxili işlər nazirliyi Şərqi Qüdsdə 1600 yeni evin inşasına yekun icazə verib. Bu qərar ABŞ-ın inşaatla bağlı dərin narahatlığını ifadə etməsindən sonraya təsadüf edir.

Cümə axşamı sözçü bildirib ki, nazirlik Şərqi Qüdsdə əlavə 2700 inşasını təsdiq etməyi planlaşdırır.

Fələstinlilər Şərqi Qüdsün gələcək dövlətlərinin paytaxtı olmasını istəyirlər. Onlar burada hər hansı inşaat layihəsinin əleyhinə çıxırlar və İsrail bu işləri dayandırmayınca sülh danışıqlarına qatılmaqdan imtina edirlər.

Fələstinli nümayəndə Saeb Erekat inşaat planlarını sərt tənqid edib və ABŞ-ı Fələstin dövlətinin yaranmasına qarşı mövqeyini yenidən nəzərdən keçirməyə çağırıb.

XS
SM
MD
LG