Accessibility links

İsrail əsgərləri tərəfindən Hamas islamçı qrupunun bir üzvü öldürülüb


İsrail əsgərləri tərəfindən Hamas islamçı qrupunun bir üzvü öldürülüb

İsrail əsgərləri tərəfindən Hamas islamçı qrupunun bir üzvü öldürülüb

İsrail və Fələstin mənbələri İsrail əsgərləri tərəfindən Hamas islamçı qrupunun bir üzvünün öldürüldüyünü bildirir. İsrail ordusunun məlumatında deyilir ki, hadisə əsgərlər həmin şəxsi həbs etməyə cəhd edərkən baş verib

İsrail və Fələstin mənbələri İsrail əsgərləri tərəfindən Hamas islamçı qrupunun bir üzvünün öldürüldüyünü bildirir. İsrail ordusunun məlumatında deyilir ki, hadisə əsgərlər həmin şəxsi həbs etməyə cəhd edərkən baş verib. Zorakılıq ABŞ dövlət katibi Hillari Klintonun İsrail və Fələstin arasında sülh prosesinə vasitəçilik etdiyi vaxta təsadüf edir. İsrail tele-kanalına müsahibəsi zamanı xanım Klinton deyib ki, İsrailin 10 aylıq inşaat moratoriumunun müddətini uzatması böyük nailiyyət ola bilər. İordan çayının qərb sahilində tikinti işlərinin müəyyən hissəsinin dondurulması üçün qoyulmuş moratoriumun müddəti sentyabrın 26-da bitir.

XS
SM
MD
LG