Accessibility links

İsrail təyyarələri Qəzza Zolağındakı tunelləri bombalayıb


İsrail ordusu xəbər verir ki, hərbi təyyarələr raket hücumuna cavab olaraq Qəzza Zolağının cənubunda qaçaqmalçıların istifadə etdiyi iki tuneli bombardman ediblər. Qassam raketi Sderot şəhərindəki binaya dəydikdən bir neçə saat sonra İsrail Hava Qüvvələrinə məxsus təyyarələr tunellərə hava zərbələri endirib. Militantlar İsrailin hava reydinin dağıntı ilə nəticələndiyini desələr də, itkilərin olmadığını bildiriblər. İsrailin baş naziri Benyamin Netanyahu bu gün kabinet iclasında bildirib ki, o, zorakılığa görə Həması günahlandırır. Cənab Netanyahu əlavə edib ki, İsrail hökuməti öz vətəndaşlarını qorumaq hüququnu əldə saxlayır.

XS
SM
MD
LG