Accessibility links

İsrailin baş naziri yaxın zamanda İranın nüvə obyektlərinə hücum etməyəcəyini deyib


I

I

İsrailin baş naziri Benyamin Natanyahu ölkəsinin beynəlxalq ictimaiyyətin İrana qarşı sanksiyaları həyata keçirməsinə imkan verəcəyini və yaxın zamanda bu onun nüvə obyektlərinə hücum etməyəcəyini deyib. Dünən İsrail televiziyası ilə çıxışı zamanı cənab Natanyahu bu məsələnin sülh yolu ilə həllini istədiyini desə də, İsrailin İrana nüvə silahı əldə etməsinə imkan verməyəcəyini deyib.

Bu günlər Vaşinqtonda səfərdə olan cənab Natanyahu deyib ki, İsrail İranın nüvə proqramı ilə bağlı sanksiyaların və diplomatik addımların həyata keçirilməsini uzun müddət gözləyə bilməz. İsrail lideri ölkəsinin İranın nüvə proqramı ilə bağlı Vaşiqtonla müxtəlif fikirdə olduğunu və İsrailin bu məsələnin daha ciddi olduğunu düşündüyünü deyib.








XS
SM
MD
LG