Accessibility links

İsrailin Fələstin gəmisinə hücumu 15 fələstin fəalının ölümünə səbəb oldu


BMT-nin baş katibi Ban Ki-mun belə bir zorakılıqdan şoka düşdüyünü deyib və İsraildən hadisəni araşdırmağı tələb edib

Bazar ertəsi İsrailin Fələstinin yardım gəmisinə hücumu 15 fələstinli fəalın ölümünə səbəb olub. ABŞ İsrailin bu hücumuna dair təəssufləndiyini bildirib. Ağ Ev bəyanatda bildirib ki, o hadisəni əhatə edən durumu anlamağa çalışır. Yaxın Şərqdə sülh danışıqlarının bərqərar olunmasına çalışan ABŞ prezidenti Barak Obamanın çərşənbə günü İsrailin baş naziri Bencamin Netanyahu ilə görüşü gözlənilir. Cənab Obamanın iyunun 9-da Fələstin prezidenti Mahmud Abbasla görüşü gözlənilir. BMT-nin baş katibi Ban Ki-mun belə bir zorakılıqdan şoka düşdüyünü deyib və İsraildən hadisəni araşdırmağı tələb edib. Ərəb Liqasının rəhbəri Əmr Musa reydi ittiham edərək bunu cinayət adlandırıb və 22 üzvün daxil olduğu qrupu təcili görüşə çağırıb. İsrailin daimi tənqidçisi kimi tanınan Iran prezidenti Mahmud Əhmədinejad əməliyyatı qeyri-insanı hərəkət kimi təsvir edib.

XS
SM
MD
LG