Accessibility links

İsrail yardım gəmisinə hücumla bağlı müstəqil komissiya yaradılmasını istəyir


İsrail yardım gəmisinə hücumla bağlı müstəqil komissiya yaradılmasını istəyir
İsrail yardım gəmisinə hücumla bağlı müstəqil komissiya yaradılmasını istəyir

Beynəlxalq Qırmızı Xaç Təşkilatı Qəzza Zolağının blokadasının beynəlxalq qanunlara və Cenevrə Konvensiyasına zidd olduğunu bildirib

İsrailin nazirlər kabineti keçən ay Qəzzaya yardım daşıyan gəmiyə hücumla bağlı təhqiqat aparılması üçün müstəqil komissiya yaradılmasına yekdilliklə səs verib. Bu arada Beynəlxalq Qırmızı Xaç Təşkilatı İsrailin Qəzza Zolağını blokadaya almasının beynəlxalq qanunlara və Cenevrə Konvensiyasına zidd olduğunu bildirib. Təşkilat blokadanın kollektiv cəzalandırılmaya bərabər olduğunu deyib. Qırmızı Xaç Təşkilatı İsraili təcili olaraq blokadaya son qoymağa çağırıb. Bu gün eləcə də Yaxın Şərq üzrə xüsusi elçi, Britaniyanın sabiq baş naziri Toni Bleyerın Avropa Birliyinin xarici işlər nazirləri ilə görüşəcəyi və İsrailin Qəzza Zolağına blokadasını müzakirə edəcəyi deyilir.

XS
SM
MD
LG