Accessibility links

İsrail:İran malik olduğu uranla dörd atom bombası hazırlaya bilər

  • Amerikanın səsi

İsrail:İran malik olduğu uranla dörd atom bombası hazırlaya bilər

İsrail:İran malik olduğu uranla dörd atom bombası hazırlaya bilər

İsrailin hesablamalarına görə, İran hazırda malik olduğu uranın zənginləşdirilməsini davam etdirərək dörd atom bombası istehsal etməyə qadirdir və belə bir qərar verildikdən bir il sonra ilk bombanı hazırlaya bilər.

İsrail hərbi kəşfiyyatının başçısı, general-mayor Aviv Koçavi İsraildə streteji məsələlərə həsr edilmiş konfransda deyib ki, İran 3,5 faiz səviyyədə dörd ton uran zənginləşdirib və 20 faiz zənginləşdirilmiş 100 kilo urana malikdir. Onun sözlərinə görə, bu həcmdə material dörd atom bombası istehsal etməyə imkan verir. Bu rəqəmlər BMT-nin nüvə agentliyinin göstəricilərinə yaxındır.

Lakin Koçavi beynəlxalq sanksiyaların Tehranı nüvə silahları istehsalı kursundan çəkindirə biləcəyini ehtimal edib. General İranın bu fikri rədd etməsinə baxmayaraq, Tehranın nüvə silahı istehsal etməyə can atdığına şübhə etmədiyini bildirib.

Nüvə bombası istehsalı üçün uranın 90 faiz zənginləşdirilməsi lazımdır. Lakin Qərb ekspertləri bildirir ki, uran 20 faiz zəngiləşdirildikdən sonra bu həddə çatmaq böyük səy tələb etmir.

Tehran 20 faiz zənginləşdirilmiş urandan araşdırmalar üçün tibbi reaktorda istifadə ediləcəyini bildərərək, nüvə fəaliyyətlərinin dinc mahiyyət daşıdığına təkid edir.

XS
SM
MD
LG