Accessibility links

Srebrenitsadakı müsəlman soyqırımında iştirak edən şəxs İsraildə həbs edilib


Srebrenitsadakı müsəlman soyqırımında iştirak edən şəxs İsraildə həbs edilib
Srebrenitsadakı müsəlman soyqırımında iştirak edən şəxs İsraildə həbs edilib

Israil rəsmiləri 1995-ci ildə Srebrenitsada müsəlmanların soyqırımı zamanı serb hərbçilərinə yardım edən Aleksandr Tsvetkoviçin həbs edildiyini bildirmişlər. Bu gün həbs edilən Tsvetkovi, İsrailə ailəsi ilə birlikdə 2006-cı ildə köçüb. İsrailin Ədliyyə Nazirliyi ekstradisiya barədə iş açıldığını və prokurorların Qüds məhkəməsinin Tsvetkoviçin soyqırım ittihamı ilə üzləşməsi üçün Bosniyaya göndərilməsi barədə icazə istəniləcəyini bildirib. Tsvetkoviç müsəlmanların soyqırımının bir hissəsi kimi 8 min kişi və oğlanın Bosniyanın Srebrenitsa şəhəri yaxınlığında yüzlərlə insanı qətlə yetirən 8 nəfərdən ibarət atıcı qrupun üzvlərindən biridir.

XS
SM
MD
LG