Accessibility links

Sərhədsiz Reportyorlar: Çin, İran və Eritreya “media üçün ən böyük həbsxanalardır”


Sərhədsiz Reportyorlar: Çin, İran və Eritreya “media üçün ən böyük həbsxanalardır”

Sərhədsiz Reportyorlar: Çin, İran və Eritreya “media üçün ən böyük həbsxanalardır”

2011-ci ildə dünyada 1044 jurnalist həbsə məruz qalıb, bu, 2010-cu ilə nisbətən iki dəfə çoxdur.

2011-ci ildə peşə fəaliyyətini yerinə yetirərkən ən azı 66 jurnalist qətlə yetirilib, bu barədə “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının hesabatında deyilir. Bu, ötən ilə nisbətən 9 nəfər çoxdur.

Jurnalistlərin əksəriyyəti ərəb inqilablarını və Pakistanda siyasi böhranı işıqlandırarkən, habelə Meksikada mütəşəkkil cinayətkar qrupların fəaliyyətini araşdırarkən həlak olub.
Ardıcıl olaraq ikinci ildir ki, Pakistan ən təhlükəli ölkədir: orada 2011-ci ildə 10 KİV nümayəndəsi həlak olub.
“Sərhədsiz reportyorlar”ın məlumatına görə, dünyada 1044 jurnalist həbsə məruz qalıb, bu, 2010-cu ilə nisbətən demək olar ki, iki dəfə çoxdur.
Hesabatda Çin, İran və Eritreya “KİV üçün ən böyük həbsxanalar” adlandırılır. Bu ölkələrdə nə qədər mətbuat işçisinin barmaqlıqlar arxasına atıldığı açıqlanmır.
“Sərhədsiz reportyorlar” həmçinin Yer kürəsində jurnalistlər üçün 10 ən təhlükəli yeri qeyd edib. Siyahıda ilk yeri Kot-d'İvuara Abican sənaye mərkəzi tutur, burada seçkiqabağı kampaniya zamanı ən azı iki jurnalist qətlə yetirilib. Ən təhlükəli yerlər siyahısına Qahirədəki Təhrir meydanı, Suriyanın Homs, Dəraa və Dəməsk şəhərləri, Yəmənin paytaxtı Səna və son bir neçə ayda üsyançıların ön mövqeyi olan Dəyişikliklər Meydanı da daxil olub.
Son on il ərzində jurnalistlər üçün ən pis il 2007-ci il olub, həmin vaxt əksəriyyəti İraqda hərbi əməliyyatlar zamanı olmaqla, bütün dünyada 87 reportyor həlak olub.

XS
SM
MD
LG