Accessibility links

Sərhədsiz Reportyorlar jurnalistin ailə üzvlərinə qarşı təzyiqi pisləyir


Sərhədsiz Reportyorlar jurnalistin ailə üzvlərinə qarşı təzyiqi pisləyir

Sərhədsiz Reportyorlar jurnalistin ailə üzvlərinə qarşı təzyiqi pisləyir

İdrak Abbasovun valideynlərinin evinin “Binəqədi oil” şirkətinin işçiləri uçurub. Jurnalist bu şirkətin fəaliyyətinin araşdırılması ilə məşğul olurdu bildirib. Binəqədi Oil şirkəti hadisə ilə bağlı şərh verməyib.

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı “Binəqədi Oil” şirkəti nümayəndələrinin jurnalist İdrak Abbasovun ailə üzvlərinə qarşı zorakılığını qətiyyətlə pisləyib.
Sentyabrın 9-da jurnalistin valideynlərinin evinin ekskavatorla sökülməsi kimi vandalizm aktı törədilib. “Dağıntını “Binəqədi oil” şirkətinin işçiləri həyata keçiriblər. Jurnalist bu şirkətin fəaliyyətinin araşdırılması ilə məşğul olurdu”, deyə bəyanatda qeyd edilib.
“Bu akt şirkətin Abbasovun səsini kəsmək cəhdinə dəlalət edir və bu gün Azərbaycan hakimiyyətinin təkcə jurnalistlərə qarşı deyil, onların ailə üzvlərinə qarşı da tətbiq etdiyi metodları əks etdirir”, deyə təşkilatın bəyanatında qeyd edilir.
Bu hadisə həmçinin hakimiyyətin bu yaxınlarda məşhur hüquq müdafiəçisi Leyla Yunusa qarşı repressiyalarını xatırladır. Hüquq müdafiəçisinin evi buldozerlərlə sökülmüşdü, deyə bəyanatda bildirilir.

Binəqədi Oil şirkəti hadisə ilə bağlı hər hansı şərh vermir.

XS
SM
MD
LG