Accessibility links

Sərhədsiz Reportyolardan sonra Jurnalistləri Müdafiə Komitəsi də Azərbaycanı jurnalistləri ölkəyə buraxmadığına görə təngid edib

  • Amerikanın səsi

Sərhədsiz Reportyolardan sonra Jurnalistləri Müdafiə Komitəsi də Azərbaycanı jurnalistləri ölkəyə buraxmadığına görə təngid edib

Sərhədsiz Reportyolardan sonra Jurnalistləri Müdafiə Komitəsi də Azərbaycanı jurnalistləri ölkəyə buraxmadığına görə təngid edib

Bu arada Jurnlistləri Müdafiə Komitəsi bu gün verdiyi bəyanatda Bloomberg Markets jurnalının foto-müxbirinin hava limanından qeri qaytarıldığını bildirib. Bəyanatda Azərbaycan rəsmilərinin Diana Markosianı etnik mənşeinə görə ölkəyə qəbul etmədikləri bildirilir. Bəyanatda APA-ya istinadən yazılır ki, Azərbaycanın XİN-in sözçüsünün dediyinə görə Azərbaycan hökuməti Bloomberə məktub göndərərək erməni Diana Markosianın təhlükəsizliyinin təminində problem yaranacağına görə onun əvəzinə başqa bir foto-müxbir göndərilməsi xahiş edilib.

Sərhədsiz Reportyorlar təşkilatı Azərbaycan və Ermənistanda xarici jurnalistlərin viza ilə təmin edilməməsindən narahatlığını bildirib. Təşkilat Dağlıq Qarabağ münaqişəsinə görə yaranmış gərginliyin medianı girov götürdüyünü deyir. Sərhədsiz Reportyorlar Azərbaycan və Ermənistanı medianı diplomatik mübahisələrdən kənar saxlamağa çağırır. “Jurnalistlər Dağlıq Qarabağ münaqiəsi kimi həssas mövzular da daxil edilməklə, ümumi maraqları əhatə edən sahələrdə azad çalışmalıdır. Onlara səyahət icazəsi verilməlidir”. Bu yaxınlarda Rusiyanın “İzvestiye” qəzetinin müxbiri Yuri Sneqiryova Azərbaycana giriş yasaqlanmışdı. Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov Snegiryovu iyun ayının 29 və 30-da dərc etdiyi məqalələrdə Xankəndini Stepanakert, Şuşanı isə Şusi adlandırmaqla, ermənilərin mövqeyini dəstəkləməkdə ittiham etmişdi. Digər bir foto-müxbir Daina Markosyana viza verilməməsinə Poluxov belə izahat verib.”Azərbaycan Ermənsitanla müharibə vəziyyətindədir. Erməni familiyası olan bir şəxsin təhlükəsizliyini təmin etmək mümkün olmaya bilər”.

Dağlıq Qarabağ mövzusu jurnalistlərin viza ilə təmin edilməməsi və ya ölkədən çıxaırlmasının yeganə səbəbi deyil. Bu yaxınlarda New York Times qəzetinin müzbirinə Azərbaycana viza almasının yalnız “neqotiv məlumat” vermədiyi təsdiqdə mümkün ola biləcəyi deyilmişdi.

Sərhədsiz reportyorlar təşkilatı bildirir ki, Ermənistan Litvanın “Komanda” tele-kanalının Dağlıq Qarabağ münaqişəsinə dair sənədli film çəkməsi üçün Yerevana getmələrinə icazə verməmişdi Ermənistanın xəbər agentliklərinin məlumatında filmin prodüsseri Andrius Brokasın Azərbaycana casusluq etdiyini bildirib. Sərhədsiz Reportyorlar təşkilatının izahat tələbinə Ermənistanın daxili işlərinin nazirinin müşaviri Tiqran Mkrtçyan çəkiliş heyətinin geriyə “təhlükəsizklik səbəbi” ilə qaytarıldığını deyib. Qeyd edək ki, işğal olunmuş ərazilərə icazəsiz səfər edən jurnalistlər Azərbaycanın Xarici İşlər Nazirliyinin “qara sıyahısı”na salınır.

Bu arada Jurnlistləri Müdafiə Komitəsi bu gün verdiyi bəyanatda Bloomberg Markets jurnalının foto-müxbirinin hava limanından qeri qaytarıldığını bildirib. Bəyanatda Azərbaycan rəsmilərinin Diana Markosianı etnik mənşeinə görə ölkəyə qəbul etmədikləri bildirilir. Bəyanatda APA-ya istinadən yazılır ki, Azərbaycanın XİN-in sözçüsünün dediyinə görə Azərbaycan hökuməti Bloomberə məktub göndərərək erməni Diana Markosianın təhlükəsizliyinin təminində problem yaranacağına görə onun əvəzinə başqa bir foto-müxbir göndərilməsi xahiş edilib. Diana Markosian isə JMK bildirib ki, Azərbaycanın XİN-i onun səfərinin problem olmayacağı barədə əvvəlcədən zəmanət verib.

XS
SM
MD
LG