Accessibility links

Sirt şəhəri uğrunda döyüşlər həlledici mərhələyə daxil olub

  • Amerikanın səsi

Sirt şəhəri uğrunda döyüşlər həlledici mərhələyə daxil olub

Sirt şəhəri uğrunda döyüşlər həlledici mərhələyə daxil olub

Liviyanın keçid hökumətinə sadiq qüvvələr Müəmmər Qəzzafi tərəfdarlarını Sirtdə bir küncə sıxışdırdıqlarını deyirlər.

Qızğın döyüşlərə dair məlumatlar hələ də daxil olmaqdadır. Müvəqqəti hökumətin rəhbərliyi bu həftə ərzində Sirtin tamamilə alınacağını proqnozlaşdırıb.

Milli Keçid Şurasının sədri Mustada Əbdül Cəlil deyib ki, anti-Qəzzafi döyüşçülər Sirt və Bəni Validdə ciddi irəliləyişlər əldə ediblər.

Şura döyüşçüləri bir vaxtlar Qəzzafi loyalisrtlərinin qərargah kimi istifadə etdikləri mərkəzi binaları ələ keçiriblər. Onlar habelə universitet və əsas xəstəxanaya nəzarət edirlər. Döyüşlərdə 30 şura döyüşçüsü ölmüş, 400 nəfər yaralanmışdır.

Milli Keçid Şurası Sirtin alınması ilə Liviyanın azad olunacağını bildirib.

XS
SM
MD
LG