Accessibility links

Sovet diktetoru İosif Stalinin Gürcüstanın Qori şəhərindəki muzeyi öz məramını dəyişərək, o illərin respessiyalarını önə çəkir.

Gürcüstanın mədəniyyət naziri Nika Ruruanın bildirdiyinə görə, muzey 1991-ci ildə müstəqilliyni əldə edən Gürcüstanla uyğunsuzluq təşkil edir.

1937-ci ildə təsis edilən bu muzeyin bir hissəsini Stalinin doğulduğu ev təşkil edir.

1878-ci ildə anadan olan İosif Cuqaşvili Sovet ittifaqını 1925-ci ildən 1953-cü ilədək idarə edib. O, yüz minlərlə insanın qətli, həbsi və əmək düşərgələrinə göndərilməsinin məsuliyyətini daşıyır.

XS
SM
MD
LG