Accessibility links

İstanbulda polis avtomobili bomba hücumuna məruz qalıb


Bombanın avtomobilin şəhərin civarındakı Küçükçekməcə məntəqəsində gedərkən işə salındığı deyilir

Türkiyə rəsmilərinin bildirdiyinə görə, bu gün İstanbulda polis avtomobilinə edilən bomba hücumu nəticəsində 15 nəfər yaralanıb. Türkiyənin dövlət Anadolu xəbər agentliyi bombanın avtomobilin şəhərin civarındakı Küçükçekməcə məntəqəsində gedərkən işə salındığını bildirib. İstanbul şəhərinin polis rəisi Hüseyn Çapkın agentliyə təhqiqatın bombanın uzaq məsafədən işə salındığını bildirib. Yaralananların iki polis işçisi və küçədən keçənlər olduğu deyilir. Ağır yaralananların olması barədə məlumat verilməyib. Hücumun məsuliyyətini üzərinə götürən olmasa da, polis buna bənzər hücumların kürd üsyançıları tərəfindən həyata keçirildiyini deyir.

XS
SM
MD
LG