Accessibility links

İstanbulda on minlərlə insan Hrant Dinkin öldürülməsinin ildünümünü qeyd edib

  • Amerikanın səsi

İstanbulda on minlərlə insan Hrant Dinkin öldürülməsinin ildünümünü qeyd edib

İstanbulda on minlərlə insan Hrant Dinkin öldürülməsinin ildünümünü qeyd edib

Bu gün İstanbulda on minlərlə insan erməni jurnalist Hrant Dinkin öldürülməsinin 5-ci ildünümünü qeyd edib. Aksiya iştirakçıları jurnalistin ölümünün konspirasiya olmadığına dair məhkəmə qərarına etiraz edib, Türkiyədə faşizmi qınayıb.

Çərşənbə axşamı günü erməni jurnalistin qətli ilə bağlı Yasin Həyal adlı şəxs ömürlük həbs cəzasına məhkum edilib. O, Hrant Dinkin işi yaxınlığında güllələnməsinin arxasında durur. Istanbul məhkəməsi terror təşkilatının üzvü kimi ittiham edilən 19 nəfərə bəraət qazandırıb. Qərar jurnalistin vəkili və ailəsi tərəfindən qınanılıb.

Ötən ilin iyul ayında jurnalistin qətli ilə bağlı qatı millətçi Ogün Samast 23 ilədək azadlıqdan məhrum edilmişdi.

2007-ci ilin yanvar ayında öldürülən Hrant Dink ikidilli “Ados” qəzetinin redaktoru idi.

XS
SM
MD
LG