Accessibility links

İstanbulda İranla nüvə danışıqları başlanıb


İran nümayəndələri ilə nüvə danışıqlarına ehtiyatla yanaşan Qərb diplomatları bir illik faisələdən sonra proqres əldə edəcəklərinə ümid bəsləyirlər.

Dünyanın altı qüdrətinin təmsilçiləri bu gün İstanbulda Tehranın qalmaqallı nüvə proqramını müzakirə ediblər.

Avropa İttifaqının xarici siyasətinin idarəsinin sözçüsü Maykl Mann müxbirlərə proqres əldə olunacağına ümid etdiyini deyib.

O, danışıqlardakı atmosferi müsbət qiymətləndirib və bildirib ki, əldə oluna biləcək irəliləyiş İran nümayəndələrinin beynəlxalq öhdəliklərə cavab vermək istiqamətində sərgiləyəcəkləri iradədən asılıdır.

XS
SM
MD
LG