Accessibility links

Astronavtlar Beynəlxalq Fəza Stansiyasında ammonyak sızmasına səbəb olan nasosu təmir etmək üçün fəzaya çıxıblar. Stansiyada sızma keçən cümə axşamı müşahidə edilmişdi.

NASA-nın uçuş mühəndisləri başqa problemlərin yaranmamasın əmin olmaq üçün bu həftə ərzində stansiyanı yaxından izləyəcəklər.

Astronavtlar Kris Kassidi və Tom Marşburn fəzada beş saat yarım vaxt sərf edərək, 97 kiloqram ağırlığında nasosu yenisi ilə əvəzləyiblər.

Conson Fəza Mərkəzindəki mətbuat konfransında problemin tam həll edildiyinə əmin olmaq üçün mühəndislərin əlavə bir neçə günə ehtiyac olduğunu deyiblər.

Beynəlxal Fəza Stansiyasının uçuş direktoru Ed Van Cise deyib ki, mühəndislər fəzada əlavə 40 dəqiqə gözləyərək sızmanın tam kəsildyiinə əmin olmaq istəyiblər.

NASA mühəndisləri keçən həftə müşahidə edilən ammonyak sızmasının heç bir təhlükəsi olmadığını və tam nəzarətin təmin edildiyini bildirmişdilər.
XS
SM
MD
LG